Azərbaycan Hava Yolları vakansiya: Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi.

"Azərbaycan Hava Yolları" QSC, Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist) vakansiyasını elan edir. Rəqəmsal marketinq, CRO və satış optimizasiyası sahəsində analitik həllərin yaradılması üçün mütəxəssis axtarılır. Müraciət üçün son tarix noyabr 23, 2024.

Nov 1, 2024 - 14:28
Nov 1, 2024 - 14:30
 0
Azərbaycan Hava Yolları vakansiya:  Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi.
Azərbaycan Hava Yolları vakansiya: Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi.

Vəzifə Öhdəlikləri

  • Azal.az vebsaytı və AZAL mobil tətbiqi üçün GA4, GTM, Yandex Metrika və Microsoft Clarity kimi alətlərlə analitik sistemlərin quraşdırılması və təkmilləşdirilməsi;
  • Vebsayt və mobil tətbiqlərdə conversion və eventlərin izlənməsi üçün inkişaf etmiş izləmə sistemlərinin yaradılması;
  • Rəqəmsal kampaniyalarda istifadə ediləcək texniki tapşırıqların developer komandasına çatdırılması və layihələrin izlənməsi;
  • API-larla işləmək, server-side tracking və Facebook CAPI kimi həllərin qurulması üzrə dəstəyin təmin edilməsi;
  • Reklam platformaları üzrə conversion tracking quraşdırılması və onların düzgün işləməsi üçün texniki tapşırıqların həyata keçirilməsi;
  • Reklam və marketinq kampaniyalarının effektivliyini ölçmək və optimallaşdırmaq üçün data extraction, tracking və hesabat sistemlərinin qurulması;
  • Analitik hesabatların hazırlanması və aylıq fəaliyyətlər barədə müntəzəm hesabatlılıq təmin edilməsi;
  • Appsflyer, Adjust, Unbounce, Zapier kimi yeni platformaların öyrənilməsi və inteqrasiyası üçün texniki biliklərin əldə olunması;
  • Vebsayt və tətbiq üzərində istifadə edilən izləmə sistemlərinin daimi monitorinqi və düzgün işləməsini təmin etmək;
  • Rəqəmsal marketinq kampaniyalarının performansını ölçmək və təhlil etmək üçün fərqli platformalarda conversion tracking sistemlərinin yenilənməsi.

Tələblər

  • GA4, GTM, Yandex Metrika və Microsoft Clarity ilə işləmək təcrübəsi;
  • Vebsayt və mobil tətbiq üzrə conversion və event tracking quraşdırma bacarığı;
  • API-larla işləmək və developer komandasına texniki tapşırıqlar verə bilmək;
  • Facebook CAPI, server-side tracking və reklam platformalarında conversion tracking sistemlərini quraşdırma bacarığı;
  • Rəqəmsal marketinq və reklam platformalarında təcrübə;
  • Yeni alətləri (Appsflyer, Adjust, Unbounce, Zapier və s.) öyrənmək bacarığı;
  • Yüksək multitasking qabiliyyəti və layihələri müstəqil şəkildə idarəetmə bacarığı.

Son tarix

Müraciət üçün son tarix: noyabr 23, 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow