Rabitəbank vakansiya: Məlumatların idarə edilməsi şöbəsinin rəisi.
Rabitəbank ASC Məlumatların İdarə Edilməsi Şöbəsinin Rəisi vakansiyasını elan edir. Müraciət etməyin son tarixi 19 sentyabr 2024.
Vəzifə öhdəlikləri:
- Daxil olan hesabat sorğularının proporsional bölüşdürülməsi, prioritetləşdirilməsi və ehtiyac olduqda prioritetlərin yenilənməsi.
- Daxil olan hesabat sorğularının vaxtında icrasının təmin edilməsi.
- BI sisteminin modelləşdirilməsi, lazımlı məlumatlarla zənginləşdirilməsi.
- Əməkdaşların BI sistemindən istifadəsinə cəlb edilməsi və suallarla bağlı dəstək göstərilməsi.
- DWH-un optimallaşdırılması və təkmilləşdirilməsi planının hazırlanması və doğru formada icrasına nəzarət.
- Şöbədaxili əməkdaşların bilik və bacarıqlarını artırmaq üçün plan hazırlanması və icrası.
Tələblər:
- DWH konseptlərini dərindən bilmək (Ən azı bir DWH qurulmasında iştirak).
- ETL konseptlərini dərindən bilmək (Ən azı bir ETL aləti ilə işləmək təcrübəsi - Apache Airflow ilə təcrübə arzuolunandır).
- Big Data texnologiyaları barədə məlumatlı olmaq.
- Bank təcrübəsinin olması arzuolunandır (Risklərin idarə edilməsi, Kart əməliyyatları və Kart məhsulları, Mühasibat uçotu, Bank məhsullarının satış üsulları, Kredit və Depozit məhsullarının tərkib hissələri, Pul köçürmələri sahələrində).
- SQL və PL/SQL dillərinə yaxşı səviyyədə bilmək (Mürəkkəb skriptlər yazmaq və oxumaq bacarığı olmalı).
- Python proqramlaşdırma dilini yaxşı səviyyədə bilmək.
- Business Intelligence (BI) haqqında geniş biliklərə yiyələnmiş biri olmalı (Funksional bir Dashboard hazırlamaq təcrübəsi və MicroStrategy aləti ilə iş təcrübəsi arzuolunandır).
- Menecmentlik təcrübəsinin və istəyinin olması.
- Stresə davamlılıq.
- Dərin analitik düşüncə bacarığı arzuolunandır.
Son müraciət tarixi: 19 sentyabr 2024
Məlumatların idarə edilməsi şöbəsinin rəisi vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər.
What's Your Reaction?