Veysəloğlu Şirkətlər Qrupu vakansiya: Elektrik mühəndisi axtarılır.
Elektrik mühəndisi vakansiyası Veysəloğlu Şirkətlər Qrupunda. Dinamik iş mühiti, perspektivli inkişaf imkanları və müasir texnologiyalara əsaslanan vəzifə öhdəlikləri.
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək və ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək.
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğunu yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək.
- MEP üzrə layihələrin analizini həyata keçirmək və memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə üzləşmasını nəzarətdə saxlamaq.
- MEP sistemlərinin sınaqlarını təşkil etmək, prosedurlarını hazırlamaq və sənədləşməni aparmaq.
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq.
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək.
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək.
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədilə layihə müdirinə öz texniki rəyini təmin etmək.
- Elektrik sistemləri üzrə sınaq və inspeksiyalarda ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək.
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək.
Ümumi tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
- Kompyuter bilikləri: Autocad 2D, MS Office, Dialux Evo.
Maraqlananlar CV-lərini “Elektrik Mühəndisi” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanlarına göndərə bilərlər.
Son tarix: 19 sentyabr 2024 il.
What's Your Reaction?