Rabitəbank vakansiya: Portfelə nəzarət və monitorinq şöbəsində Aparıcı mütəxəssis.
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti Portfelə Nəzarət və Monitorinq Şöbəsində Aparıcı Mütəxəssis vakansiyası üçün işə qəbul elan edir. Bu vəzifə, bankın peşəkar komandasına qoşulmaq və şəxsi inkişaf imkanları təqdim edir.
Vəzifə Öhdəlikləri:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qayda və təlimatlarına riayət etmək;
- Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək, kənarlaşmalar aşkarlandığında müvafiq prosedurlara əsasən məlumat vermək;
- Planlı və növbədən kənar kreditlərin monitorinqini həyata keçirmək, nəticələrini təqdim etmək;
- Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirmək;
- Kredit portfelini təhlil etmək, nəzarət etmək və kredit risklərinin müəyyən edilməsində iştirak etmək;
- Kredit məhsullarının yaradılmasında iştirak etmək və tövsiyələr vermək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə azı 1-3 il iş təcrübəsi (SME və Mikro kreditləri sahəsində təcrübəsi olanlara üstünlük verilir);
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Operativ və düzgün qərar vermə bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilər;
- Təşəbbüskarlıq və yeni ideyalara malik olmaq;
- Excel proqramı üzrə biliklər;
- Data base-lərlə işləmə bacarığı.
Vakansiya Haqqında:
- Son tarix: Oktyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
Portfelə nəzarət və monitorinq şöbəsində Aparıcı mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.
What's Your Reaction?