Avtolüks Azərbaycan vakansiya: Mühasib-kiçik mütəxəssis axtarılır.
Avtolüks Azərbaycan MMC mühasibatlıq sahəsində kiçik mütəxəssis axtarır. Mühasibat uçotu, mal-material ehtiyatlarının inventarizasiyası və ödənişlərin həyata keçirilməsi üzrə müvafiq iş təcrübəsinə malik namizədlər üçün tam ştatlı vakansiya.
Təsvir:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mal-materialların, qiymətlilərin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq;
- Ödənişləri həyata keçirmək;
- Avans və ezamiyyət hesabatlarını yoxlamaq və uçotunu aparmaq;
- AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığa riayət etmək;
- Mühasibatlıq işini təşkil etmək, sənədləri düzgün tərtib etmək.
Tələblər:
- İqtisadiyyat sahəsində ali təhsil;
- 1 il müvafiq sahədə iş təcrübəsi;
- Mühasibat uçotunun aparılması qaydaları və əlaqədar qanunvericiliyə dair biliklərə malik olmaq;
- Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Mühasib-kiçik mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Avtolüks Azərbaycana göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.
What's Your Reaction?