Rabitəbank vakansiya: Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi.
“Rabitəbank” ASC, Rəqəmsal Risklərin İdarə Edilməsi şöbəsində Şöbə rəisi vəzifəsi üçün vakansiya elan edir. Bu vakansiya rəqəmsal risklərin idarə edilməsi üzrə mütəxəssis axtarır.
Vəzifə Öhdəlikləri
- Bankın rəqamsal fəaliyyətlərindən qaynaqlanan potensial riskləri təhlil etmək və qiymətləndirmək;
- Rəqəmsal risklərin idarə edilməsi üçün strategiyalar və prosedurlar hazırlamaqda iştirak etmək;
- Bankın məlumatlarının təhlükəsizliyini təmin etmək və məlumat sızıntılarının qarşısını almaq;
- Bankın rəqəmsal əməliyyatlarının mövcud qanun və tənzimləmələrə uyğun olmasını təmin etmək;
- Uyğunluq tələblərinə riayət edilməsini izləmək və bununla bağlı hesabatların hazırlanmasına nəzarət;
- Rəqamsal əməliyyatların və sistemlərin davamlı monitorinqini aparmaq;
- Risklərin təhlili ilə bağlı məlumatların toplanıb analiz edilməsinə nəzarət;
- Rəqəmsal risklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.
Tələblər
- Ali təhsil və müvafiq sahə (elektron bankçılıq, onlayn kreditləşmə, rəqəmsallaşma, avtomatlaşdırma, data analitika, mobil tətbiq, internet bankçılıq, kart əməliyyatları və s) və idarəetmə üzrə ən azı 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
- Problemləri həll etmə bacarığı;
- Məlumatların təhlili bacarığı;
- Məsuliyyətli, təşəbbüskar olmaq, analitik bacarıqlar və üstün araşdırma bacarığı.
Vakansiya Haqqında
- Son tarix: Oktyabr 27, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi vakansiyası ilə maraqlananlar CV-lərini Rabitəbanka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.
What's Your Reaction?