Kontakt Home vakansiya: Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis.
Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis axtarılır! "Kontakt Home" şirkətində tam ştat iş imkanı. Ali təhsilli, minimum 1 il iş təcrübəsi olan, analitik düşüncə bacarığına malik namizədlər dəvət olunur. Müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət standartlarına uyğun sənədləşmələr və prosedurlar hazırlayın.
Vəzifə Təsviri
"Kontakt Home" şirkəti, keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis axtarır. Namizəd aşağıdakı vəzifələri yerinə yetirməlidir:
- Keyfiyyət standartlarına uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək və həyata keçirilmiş sənədləşmələrin yoxlanılmasını (ISO 9001:2015, ISO 10002:2018, ISO 10003:2018);
- Keyfiyyətli idarəetmə, müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı təlimatları, formaları, prosedurları və çeklistləri hazırlamaq;
- Keyfiyyət problemləri ilə bağlı müştərilərin və işçi heyətinin şikayətlərini araşdırmaq və həll yolu hazırlamaq;
- Keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiqinə dair təqdimatlar hazırlamaq;
- Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Keyfiyyət standartları üzrə statistik hesabatlar hazırlamaq;
- Müştəri şikayətlərinin minimuma endirilməsi və yarana biləcək risklərin maksimum səviyyədə aradan qaldırılması üçün müxtəlif təlimlərdə iştirak etmək;
- Aidiyyəti sahələrdə planlaşdırılmış şəkildə risk qiymətləndirmələrinin aparılması, cari risklərin dəyərləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması;
- Yaranmış risk faktorlarının aradan qaldırılması və düzəldici, önləyici fəaliyyət mexanizmlərinin (DÖF) sistematik tətbiqi.
İş Şəraiti:
- İş günləri: I-V günlər
- İş saatı: 09:00-18:00
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) yüksək səviyyədə çalışma bacarığı;
- Səlis Azərbaycan dili, Rus dili biliyi; İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı;
- Keyfiyyətə nəzarət sertifikatı üstünlükdür.
Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 4 noyabr 2024 il.
What's Your Reaction?