Sinteks Group of Companies vakansiya: Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə).
Sinteks Group of Companies-də Xəzinədarlıq üzrə Mütəxəssis vakansiyası açıqdır. Xarici ödənişlər üzrə mütəxəssis axtarılır. Ali təhsil, maliyyə təcrübəsi və 1C proqramı bilikləri ilə müraciət edin. Xəzinədarlıq üzrə mütəxəssis işinin tələbləri və əmək haqqı haqqında məlumat alın.
Vakansiyanın Təsviri
- Xarici köçürmə ödənişlərinin həyata keçirilməsi, xarici əməkdaşlar tərəfindən təqdim edilən sənədlər əsasında ödəniş prosesinin mühasibatlıq proqramı və internet bank vasitəsilə icra edilməsi.
- Logistika ödənişlərinin mühasibatlıq proqramına daxil edilməsi və məbləğlərin bank çıxarışlarında və mühasibatlıq proqramında qeyd olunan rəqəmlərlə yoxlanılması.
- Bank hesablarının mühasibatlıq proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi.
- Xarici valyutalar üzrə bank ödənişləri ilə bağlı hesabatların hazırlanması və ayın bağlanması prosesində iştirak edilməsi.
- Xarici valyutalar üzrə bank ödənişlərinin ERP sistemində əks etdirilməsi.
Xüsusi Tələblər
- İqtisadiyyat, maliyyə və ya biznesin idarəedilməsi sahəsində ali təhsil.
- Maliyyə və mühasibat sahəsində 1 ildən çox iş təcrübəsi.
- 1C proqramı və MS Office proqramları üzrə bilik.
- İngilis dilini yaxşı səviyyədə bilməli.
- Detallara diqqət, zamanın idarəolunması və analitik düşüncə qabiliyyətinə sahib olmaq.
- Məsuliyyətli və sistemli işləmək.
Vakansiya Məlumatı
- Əmək haqqı: Razılaşma yolu ilə
- Kateqoriya: Mütəxəssis Xəzinədar
- Məşğuliyyət: Tam iş günü
- İş stajı: 1+ il
- Tələb olunan təhsil: Ali təhsil
- Əlavə bacarıqlar: 1C, MS Office, İngilis dili
- İş yeri: Sinteks Group of Companies
Müraciət Etmək Üçün
Vakansiya ilə maraqlanan namizədlər, CV-lərini "Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə)" mövzusu ilə recruitment@sinteks.com ünvanına göndərə bilərlər.
What's Your Reaction?