PMD Group vakansiya: Keyfiyyətə nəzarət üzrə mühəndis.

PMD Group MMC Keyfiyyətə Nəzarət üzrə Mühəndis vakansiyası üçün ali təhsilli və 8 il iş təcrübəsinə malik namizədlər axtarır. Tikinti layihələrində keyfiyyət standartlarına nəzarət edəcək, uyğunsuzluqları aşkarlayıb aradan qaldıracaq mühəndislər üçün bu ideal fürsətdir.

Oct 3, 2024 - 11:26
Oct 3, 2024 - 11:29
 0
PMD Group vakansiya: Keyfiyyətə nəzarət üzrə mühəndis.
PMD Group vakansiya: Keyfiyyətə nəzarət üzrə mühəndis.

Vəzifə Təsviri:

  • Layihələrdə istifadə olunan materialların keyfiyyətini yoxlamaq və Baş Podratçının müvafiq əməkdaşından layihə xüsusiyyətlərinə və keyfiyyət standartlarına uyğunluğunu tələb etmək;
  • Tikinti sahələrində həyata keçirilən işlərin keyfiyyətinə nəzarət etmək, qüvvədə olan standartlara, layihə sənədlərinə və müştəri tələblərinə uyğunluğun təmin olunmasını tələb etmək;
  • İşlərin tamamlanmasından sonra yekun yoxlama və nəzarət prosesini həyata keçirmək;
  • İstifadə ediləcək materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • İstehsalat nəzarətində keyfiyyət yoxlamaları aparmaq və aşkar edilən uyğunsuzluqlar haqqında hesabat hazırlamaq;
  • Uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici tədbirlər təklif etmək;
  • Layihə çərçivəsində tətbiq ediləcək Keyfiyyət planına nəzarət və rəy vermək;
  • Yoxlama və sınaq planlarının hazırlanması və tətbiq olunmasını həyata keçirmək;
  • Keyfiyyətə dair iclasları təşkil etmək və rəhbərlik etmək.

Tələblər:

  • Təhsil: Müvafiq mühəndislik sahəsində ali təhsil;
  • Təcrübə: Ən azı 8 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • Komputer bilikləri: MS Office, AutoCAD proqramlarını yaxşı bilmək.

Son müraciət tarixi: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Tikinti və Daşınmaz Əmlak

Keyfiyyətə nəzarət üzrə mühəndis vakansiyası ilə maraqlananlar CV-lərini PMD Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow