Smile Tour vakansiya: Satış təmsilçisi(promoter).
Smile Tour şirkəti Bakı şəhərində satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı 400-800 AZN arasında dəyişir. Rus və ya ingilis dili bilən, satış bacarığı olan şəxslər müraciət edə bilərlər. Part-time və full-time iş imkanları mövcuddur. İçərişəhər ofis xaricində iş yeri.
Vakansiya Haqqında Ətraflı Məlumat
Əmək haqqı: 400 - 800 AZN
Kateqoriya: Turizm
Məşğuliyyət: Uyğunlaşdırılmış qrafik
İş yeri: İçərişəhər (ofis xaricində)
Dil bilikləri: Rus və ya İngilis dili
Yaş həddi: 18-50 yaş arası
İşin Təsviri:
- Xarici qonaqlara ölkə daxili turlar üzrə məlumatların təqdim edilməsi
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup tur paketlərin təklif edilməsi
- Turlar haqqında sualların ətraflı şəkildə cavablandırılması
- Yeni müştərilərin axtarışı və potensial müştərilərin müəyyənləşdirilməsi
İş Şəraiti:
- Həftədə 1 gün istirahət
- Əmək haqqı: 400 AZN fix + satışlardan əldə olunan bonus %
- Həm part-time, həm də full-time işləmək imkanı (tələbələr üçün də uyğundur)
- Əmək müqaviləsi bağlanılır
- İş öyrədilir, təcrübə tələb olunmur
Xüsusi Tələblər:
- Dil bilikləri (ingilis və rus/və ya tək rus) mütləqdir
- Satış bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Kollektivlə işləmək bacarığı
- Məsuliyyətli və operativ iş yanaşması
Vakansiyaya Müraciət: Qeyd edilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Promoter (satış təmsilçisi)” yazaraq göndərmələri xahiş olunur.
Müraciət üçün əlaqə e-poçtu: hr@smile-tour.az
What's Your Reaction?