Facility Management Group vakansiya: Mal-material üzrə aparıcı mühasib.
Facility Management Group şirkəti Bakı şəhərində Mal-Material Üzrə Aparıcı Mühasib vəzifəsi üçün mütəxəssis axtarır. 5 il iş təcrübəsi və mühasibatlıq sahəsində ali təhsil tələb olunur. İmtiyazlar arasında bonuslar, könüllü tibbi siğorta və təlim imkanları mövcuddur.
Əsas Məsuliyyətlər:
- Mal-materialların anbara mədaxil olunması əsasında mühasibat uçotu registrlərində (1C və digər vasitələr) qeydiyyatını təmin etmək.
- Anbardan məxaric olunacaq mal-materialların müvafiq sənəd və qaydalara uyğun təhvil verilməsi üçün mühasibat uçotu registrlərində uyğun əməliyyatları həyata keçirmək.
- Sənədlərin müvafiq formada təqdim olunmasını nəzarətdə saxlamaq və uyğun qaydada arxivləşdirmək.
- Mədaxil əməliyyatları üzrə nağdsız ödənişlərin icrası üçün təqdim olunan hesab-faktura əsasında mühasibat uçotu registrlərində öhdəlik əməliyyatlarını yaratmaq.
- Anbar sayımlarında iştirak etmək.
- Aylıq hesabatların hazırlanmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahədə 5 il iş təcrübəsi.
- Maliyyə, Mühasibatlıq üzrə ali təhsil.
- Kompüter bilikləri və ofis proqramları ilə iş təcrübəsi (ERP, Microsoft Office).
- Nizam-intizamlı, məsuliyyətli olmalı.
Vakansiya Məlumatları:
- Son müraciət tarixi: Oktyabr 15, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
İmtiyazlar:
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Performansdan aslı olaraq bonuslar
- Könüllü tibbi siğorta
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
Mal-material üzrə aparıcı mühasib vakansiyası ilə maraqlananlar CV-lərini Facility Management Groupa göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.
What's Your Reaction?