SQL.az vakansiya: İnformasiya Təhlükəsizliyi və Linux Administrator.

İnformasiya təhlükəsizliyi və Linux administratoru vakansiyası. 1500-2000 AZN arası maaş, Bakıda yerləşən şirkətdə iş imkanı. Red Hat Linux, CIS, PCI DSS standartları üzrə biliklər tələb olunur.

Oct 21, 2024 - 12:43
Oct 21, 2024 - 12:45
 0
SQL.az vakansiya: İnformasiya Təhlükəsizliyi və Linux Administrator.
SQL.az vakansiya: İnformasiya Təhlükəsizliyi və Linux Administrator.

Vakansiya Məlumatı

  • Vəzifə: İnformasiya Təhlükəsizliyi və Linux Administratoru
  • Maaş: 1500 - 2000 AZN
  • Şəhər: Bakı
  • Yaş: 22 - 40 yaş
  • Təhsil: Natamam ali
  • İş Təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Bitmə Tarixi: Oktyabr 25, 2024

İşin Təsviri

İnformasiya təhlükəsizliyi və Linux administratoru olaraq, aşağıdakı vəzifələri yerinə yetirməlisiniz:

  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin fəaliyyətinə nəzarət etmək.
  • Linux server və ya iş stansiyasının yüksək səviyyədə idarə edilməsi və tənzimlənməsi.
  • Sistemlərin təhlükəsizliyinin təmin edilməsi və CIS, PCI DSS standartlarına uyğun tənzimlənməsi.
  • Sistemlərin tənzimlənməsi və optimallaşdırılması üçün tədbirlər görmək.
  • İşlərin avtomatlaşdırılması və idarə olunması üçün skriptlər və tənzimləmə alətlərindən istifadə etmək.
  • İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) uyğun olaraq həyata keçirmək.
  • Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problemləri həll etmək üçün operativ tədbirlər görmək.

Namizədə Tələblər

  • Ali təhsil.
  • Red Hat Enterprise Linux OS üzrə bilik və iş təcrübəsi.
  • Linux skriptlərin yazılması, sistemlərin avtomatlaşdırılması, CI/CD tool-lar üzrə biliklər (Ansible, GitLab CI).
  • ITIL haqqında ümumi biliklər.
  • CIS, PCI DSS standartları haqqında biliklər.
  • Container provisioning, orchestration üzrə biliklər (Docker, Kubernetes).
  • Log collection, aggregation, parsing, analysis, archiving üzrə biliklər (ELK stack).
  • İT sahəsində 5 ildən artıq iş təcrübəsi.
  • Azərbaycan, rus və ingilis dillərində biliklər.
  • Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi.
  • RHCE sertifikatının olması arzuolunandır.

Əlaqə

Namizədlərdən CV-lərini “Linux Administratoru” mövzusu ilə e-mail [email protected] ünvanına göndərməsi xahiş olunur. Telefonla əlaqə üçün: (055) 940-95-65, (012) 374-00-40, əlaqədar şəxs: Ayla Əliyeva.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow