Prosys vakansiya: Sistem İnzibatçısı axtarılır.
Prosys MMC "Sistem inzibatçısı" vakansiyası üçün işçi axtarır. Şəbəkə avadanlıqları, əməliyyat sistemləri və təhlükəsizlik sahələrində bilikləri olan namizədlər müraciət edə bilər. Əmək haqqı 1000-1500 AZN.
İş barədə məlumat:
- Şəbəkə avadanlıqlarının (aktiv və passiv) quraşdırılması, sazlanması və profilaktikası
- Hardware və software səviyyəsində yaranmış problemlərin diaqnostikası və aradan qaldırılması
- OS & Software quraşdırılması/monitorinq/dəstək
- MS Windows Server 2012-2016, Windows 7/10 əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası
- Linux əməliyyat sistemlərinin quraşdırılması və administrasiyası
- VMWare quraşdırılması və dəstək
- Şəbəkə üzərində VoIP texnologiyasının tətbiqi
- Videokonferensiya avadanlıqlarının quraşdırılması və konfiqurasiya olunması
- İP PBX quraşdırılması və konfiqurasiya olunması
- CCTV avadanlıqlarının (DVR, Analog və İP kameralar) konfiqurasiya olunması
- Wireless şəbəkələrinin qurulması
- Printerlərin quraşdırılması və konfiqurasiya edilməsi
- Software proqramların quraşdırılması və konfiqurasiya edilməsi
- Domen şəbəkələrində istifadəçilərin idarə olunması (Active Directory)
- Şəbəkə avadanlıqlarında təhlükəsizliyin təmin edilməsi
- Şəbəkə monitorinqinin aparılması
- Avadanlıqlarda log-lara nəzarət
- Modemlərin konfiqurasiya olunması
- Ehtiyat nüsxələrin (backup) çıxardılması
- Kommunikasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması
İş şərtləri:
- İş vaxtı: Həftənin 5 iş günü, saat 09:00-dan 18:00-dək
- İstirahət günləri: Şənbə, bazar günləri
- Əmək haqqı: Namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədə tələblər:
- Əməliyyat sistemləri haqqında biliklər
- Windows Server əməliyyat sistemlərində iş təcrübəsi
- OSI model (özəlliklə TCP/IP haqqında) ətraflı biliklər
- VoIP texnologiyasında istifadə olunan protokollar (SIP, H323 və s.) haqqında biliklər
- Şəbəkə təhlükəsizliyi (firewall, VPN, IPSec və s.) haqqında biliklər
- Wireless şəbəkəsi haqqında məlumatlı olmaq
- Yuxarıda sadalananlar üzrə sertifikatı olanlara üstünlük verilir
- Şəbəkə və şəbəkə təhlükəsizliyi ilə iş təcrübəsi
- Müştəri ilə işləyə bilmək qabiliyyəti
- Ən azı 3 il iş təcrübəsi
- Üzərində işləmək və daim inkişaf etmək qabiliyyəti
- Nizam-intizamlı olub şirkət daxili qaydalara riayət etmək
- Ehtiyac olduqda ölkədaxili və ölkəxarici ezamiyyətlərə getmək imkanı
- Ehtiyac olduqda qeyri iş saatlarında və günlərində işləmək
- Komandada işləmək qabiliyyəti
Qeyd olunan tələblərə uyğun namizədlər, “Sistem inzibatçısı” mövzusunu yazaraq CV formasını [email protected] elektron ünvanına göndərə bilərlər.
What's Your Reaction?