Sulh Travel vakansiya: Tur meneceri axtarılır.
Sulh Travel şirkətində Tur Meneceri vəzifəsi üçün iş axtaranlar üçün ideal imkan. Xarici və daxili tur paketlərin hazırlanması, müştəri əlaqələrinin qurulması və səyahət sığortasının yazılması ilə bağlı iş təcrübəsi olan namizədlər üçün uyğun vakansiya.
İş barədə məlumat
- Xarici və daxili tur paketlərin hazırlanması
- Fərdi və qrup turların hazırlanması
- Xarici və ya daxili partnyorlarla əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Səyahət sığortasının yazılması
- Əmək haqqı + Bonus
- İş qrafiki: Həftədə 6 iş günü
- İş saatları: Həftə içi 10:00-dan 18:00-dək, Şənbə 11:00-dan 16:00-dək, Bazar günü - istirahət günü
Namizədə tələblər
- Azərbaycan və rus dillərinin biliyi, orta İngilis dili
- Müştərilərlə ünsiyyət təcrübəsi
- Vizaların alınmasında iş təcrübəsi
- Kompüterdə işləmək bacarığı
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış bacarığı
- Səlis və işgüzar danışıq bacarığı
- Məsuliyyətli və diqqətli olmaq
- Aktiv, enerjili və həvəsli olmaq
Uyğun namizədlərin "Tur meneceri" başlığı ilə incoming@sulhtravel.az mail ünvanına CV göndərməsi xahiş olunur.
What's Your Reaction?