Azərsun Holding vakansiya: Sumqayıt filialında Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarılır.
Azərsun Holding, Sumqayıtda keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyası təqdim edir. CV-nizi göndərin və bu fürsəti qaçırmayın!
Azersun Holding: Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis (İstehsalat) Vakansiyası
Son müraciət tarixi: 27 sentyabr 2024
- Əlaqə nömrəsi(+994) 12 404 19 19 , (+994) 12 496 68 88
- Vebsaytwww.azersun.com
Azersun Holding, keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Bu vakansiya, istehsalat sahəsində fəaliyyət göstərmək istəyən, keyfiyyətə nəzarət sahəsində geniş təcrübəyə malik olan şəxslər üçün ideal fürsətdir. Sizə müvafiq sahədəki mühüm öhdəliklər və tələblər haqqında məlumat verəcəkdir.
Tələblər:
- Ali Təhsil (Müvafiq texniki sahələr üzrə)
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Müvafiq sahə üzrə təcrübə üstünlükdür
Vəzifə Öhdəlikləri:
- Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi
- İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə yarımfabrikatların və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi
- İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi
- Hazır məhsulların və yarımfabrikatların fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi
- Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq
İş Şərtləri:
- İş ünvanı: Sumqayıt
- İş qrafiki: 3 növbəli qrafik
- Serviz və nahar şirkət tərəfindən təmin edilir
Kimlər müraciət edə bilər:
- Kimya mühəndisliyi
- Mexanika mühəndisliyi
- Avtomatika mühəndisliyi
- Qida mühəndisliyi və müvafiq sahələr üzrə məzun olmuş namizədlər
Müraciət Üçün: Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
What's Your Reaction?