Azərsun Holding vakansiya: Xırdalan filialında SƏTƏM üzrə baş mütəxəssis axtarılır.

Azərsun Holding SƏTƏM üzrə baş mütəxəssis axtarır. Ətraflı məlumat və müraciət üçün vakansiya elanımıza baxın.

Aug 30, 2024 - 16:49
Aug 30, 2024 - 16:49
 0
Azərsun Holding vakansiya: Xırdalan filialında SƏTƏM üzrə baş mütəxəssis axtarılır.
Azərsun Holding vakansiya: SƏTƏM üzrə baş mütəxəssis. (Xırdalan)

Mövqe Adı: SƏTƏM üzrə Baş Mütəxəssis
Şirkət: Azərsun Holding
Şəhər: Xırdalan
Son Tarix: 27 Sentyabr 2024

Tələblər:

  • Təhsil: Ali təhsil, SƏTƏM üzrə sertifikatların olması üstünlükdür.
  • Təcrübə: Əlaqədar sahədə minimum 3-5 il.
  • Dil Bilikləri: İngilis dili yaxşı.

İş Haqqında Məlumat:

  • İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi.
  • İş yerində baş vermiş iş qəzaları, xəsarətlərin səbəblərinin analiz olunması və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması.
  • Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi.
  • Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması.
  • İşə qəbul olunan yeni işçilərə və mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi.
  • İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi.
  • İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və istifadəsinə nəzarət edilməsi.

Müraciət Üçün: Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə baş mütəxəssis" qeyd etməyiniz xahiş olunur.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow