Tabaterra vakansiya: Logistika və Satınalma üzrə böyük mütəxəssis.
Tabaterra MMC-də Logistika və Satınalma üzrə Böyük Mütəxəssis vakansiyası. 4-5 il iş təcrübəsi olan, İngilis və Rus dillərində sərbəst danışan mütəxəssis axtarılır. Əgər siz bu tələblərə uyğun gəlirsinizsə və peşəkar mühitdə fəaliyyət göstərmək istəyirsinizsə, müraciət etməyə dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- Xammalın vaxtında təmin edilməsi və istehsalın material tələbinə uyğun olaraq sifarişlərin davam etdirilməsi;
- Xammal ehtiyat səviyyələrinin aylıq istehsal planına uyğun olaraq tənzimlənməsi (minimum miqdarın saxlanılması);
- Satınalma iqtisadiyyatını nəzərə alaraq optimal keyfiyyət/qiymət nisbətinə uyğun məhsul, material və xidmətlərin əldə edilməsi, monitorinq və nəzarət;
- Podratçılarla qiymət, çatdırılma və çatdırılma müddətinin razılaşdırılması;
- Daşınmaların vaxtında monitorinqi və təchizatçılarla müsbət münasibətlərin saxlanılması;
- Təchizatçıların etibarlılığının qiymətləndirilməsi və risklərin idarə edilməsi;
- Sifarişlərə dair məlumatların ERP proqramına daxil edilməsi və sənədlərin yerli qaydalara uyğunluğu təmin edilməsi;
- Gömrük və digər yerli qaydalara uyğun bəyannamələrin hazırlanması və müvafiq hesabatların vaxtında təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 4-5 il iş təcrübəsi;
- İngilis və Rus dillərini yüksək səviyyədə bilmək;
- Çox tapşırıq və prioritetləşdirmə bacarığı;
- Problem həll etmə və ünsiyyət bacarıqları;
- Planlaşdırma, vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
Logistika və Satınalma üzrə böyük mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Tabaterraya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 sentyabr 2024 il.
What's Your Reaction?