Expressbank vakansiya: DevOps axtarılır.
Expressbank ASC-də DevOps mütəxəssisi vakansiyası. IT sistemlərinin monitorinqi, kod yerləşdirilməsi, metriklərin izlənməsi və CI/CD alətlərinin idarə edilməsi üzrə məsuliyyət daşıyan peşəkar axtarılır.
Şirkət: Expressbank ASC
Ünvan: Yusif Vəzir Çəmənzəminli, Bakı, Azərbaycan
İş Şəkli: Tam ştat
İş Qrafiki: 09:00-18:00, 5 gün (Hibrid rejimi mövcuddur)
Əmək Haqqı: Razılaşma əsasında
Vəzifələr:
- İT sistemlərinin daimi monitorinqi və bütövlüyünün yoxlanması;
- Bütün mühitlərdə kod yerləşdirilməsinin idarə edilməsi;
- Metrikləri izləmək və yaxşılaşdırmaq üçün yollar hazırlamaq;
- İnkişafı təkmilləşdirmək üçün yeni fikirlər və yollar təklif etmək;
- Müxtəlif proseslərin sənədləşdirilməsi və dizaynı, mövcud proseslərin yenilənməsi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Mövcud servislərin dayanaqlılığının təmin edilməsi;
- Konfiqurasiya standartlarının qurulması, monitorinqi və idarə edilməsi;
- CI və CD alətlərinin idarə edilməsi.
Tələblər:
- Linux əməliyyat sistemlərinə dair nəzəri və praktiki biliklər – inzibatçılıq səviyyəsində;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – vmWare;
- Proxy və web server-lərlə iş təcrübəsi – Nginx, Apache, Traefik və s.;
- Bash Script-lə praktiki biliklər;
- IaC (Infrastructure as Code) alətləri ilə təcrübə – Terraform, Vagrant, Packer, SaltStack və s.;
- Konfiqurasiya İdarəetmə alətləri ilə təcrübə – Ansible, Chef, Puppet;
- Versiya Nəzarət alətləri ilə təcrübə – Git, Bitbucket;
- CI alətləri ilə iş təcrübəsi – Gitlab CI, Jenkins, CircleCI;
- Container runtime ilə bağlı biliklər – Docker, containerd, cri-o (əsasən Docker);
- Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi – Docker, Container, Docker file, Docker compose, Docker networking, image, image layer və s.;
- İmage və artifact registri ilə iş təcrübəsi – Gitlab registry, Docker registry, Nexus;
- Gitlab və Github ilə iş təcrübəsi;
- CD ilə bağlı iş təcrübəsi – (nümunə kimi – makefile, kaniko, Gitlab + helm operator + fluxCD);
- Orkestrasiya platformaları ilə təcrübə – Kubernetes, Mesos, Nomad, Docker Swarm (əsasən Kubernetes ilə bağlı iş təcrübəsi);
- Helm Chart və helm operatorlarla iş təcrübəsi;
- Python ilə təcrübə;
- NoSQL bazalarla bilik və iş təcrübəsi – Redis, Mongo;
- Object Storage-lərlə bağlı biliklər – Minio S3, Gluster FS;
- Davamlı Monitorinq üçün biliklər – Nagios, ELK;
- Logging texnologiyaları ilə bağlı biliklər – GrayLog, Prometheus (Grafana), Alert manager;
- Container Networking – WeaveNet, Flannel, Calico.
DevOps vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 29 sentyabr 2024 il.
What's Your Reaction?