TƏBİB vakansiya: Tibbi tariflər şöbəsinə Aparıcı məsləhətçi.
Tibbi Tariflər Şöbəsi üçün Aparıcı Məsləhətçi vakansiyası. Ali təhsil və 2 il iş təcrübəsi olan, analitik düşünmə qabiliyyətinə sahib mütəxəssis axtarılır. Əmək haqqı razılaşma ilə. Detallar və müraciət üçün linkə daxil olun.
Vakansiyanın Təsviri:
- Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısının və tariflərinin müəyyən edilməsində iştirak etmək
- Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq
- Ödənişli tibbi xidmətlərin siyahısı və tarifləri üzərində dövri reviziya və optimallaşdırma işləri aparmaq
- Tariflərin iqtisadi cəhətdən əsaslılığını və bazar tələblərinə uyğunluğunu müəyyənləşdirmək
- Ödənişli tibbi xidmətlərin çeşidinin artırılması və ya siyahıdan çıxarılması barədə təkliflər hazırlamaq
- Şöbə ilə bağlı ərizə, şikayət və təklifləri qanunvericiliyə uyğun olaraq araşdırmaq və cavablandırmaq
- Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək
- Yerli və beynəlxalq tədbirlərdə şöbənin fəaliyyətini təmsil etmək
Tələb Olunan Xüsusi Bacarıqlar:
- Ali təhsil (Tibbi və ya iqtisadi sahələr üzrə)
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Rus və ingilis dillərində yüksək səviyyədə bilik
- Microsoft Office proqramlarında yaxşı bilik
- Hesabat hazırlama bacarığı
- Analitik düşünmə və nəticəyönümlülük qabiliyyəti
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik və intizamlılıq
- Aktuari şəhadətnaməsi arzuolunandır
Əmək Haqqı:
Əmək haqqı razılaşma yolu ilə təyin olunacaq.
Müraciət Qaydası:
İlgili vəzifəyə müraciət etmək üçün CV-nizi vacancy@tabib.gov.az ünvanına göndərməlisiniz. Mövzu hissəsində "Tibbi Tariflər Şöbəsi – Aparıcı Məsləhətçi" qeyd olunmalıdır. Seçilən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət ediləcəklər.
What's Your Reaction?