Expressbank vakansiya: Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Əhmədli, Neftçilər, Yasamal, Qaradağ filialları)

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi vakansiyası üçün müraciət edin. Əmək şəraiti, inkişaf perspektivləri və tibbi sığorta kimi üstünlüklərlə iş imkanlarını qaçırmayın!

Sep 12, 2024 - 09:54
Sep 12, 2024 - 09:59
 0
Expressbank vakansiya: Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Əhmədli, Neftçilər, Yasamal, Qaradağ filialları)
Expressbank vakansiya: Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Əhmədli, Neftçilər, Yasamal, Qaradağ filialları)

Vəzifə və Öhdəliklər:

  • Kredit bazarını təhlil edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək;
  • Mikro kredit sifarişlərinin qəbul edilməsi və kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi üçün sənədləri toplamaq;
  • Mikro kreditlərin təhlili, maliyyə hesabatlarının hazırlanması və girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirmək;
  • Kredit memorandumunu hazırlamaq və kredit komitəsinin müzakirəsinə təqdim etmək;
  • Kredit məlumatlarını ABİS sisteminə daxil edilməsi üçün müvafiq əməkdaşlara təqdim etmək;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin etmək;
  • Müqavilə şərtlərini pozan müştərilərlə daimi iş aparmaq və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.

Tələblər:

  • Ali təhsil;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

İmtiyazlar:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

 Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Əhmədli, Neftçilər, Yasamal, Qaradağ filialları) vakansiyası ilə maraqlananlar CV-lərini ExpressBank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow