TuranBank vakansiya: Proqramlaşdırma üzrə baş mütəxəssis.
TuranBank Senior Backend Developer vakansiyasını elan edir. Java, PL/SQL, NoSQL və Spring framework biliklərinə sahib olan təcrübəli proqramçılar müraciət edə bilərlər. Bank sektoru təcrübəsi mütləqdir.
Vəzifə Öhdəlikləri:
- Yeni proqram təminatlarının və müxtəlif veb servislərin hazırlanması.
- Mövcud proqram təminatlarının təkmilləşdirilməsi.
- Java, PL/SQL, SQL, və NoSQL verilənlər bazaları ilə işləmə.
- Spring framework və veb servislərlə (SOAP, REST) proqramlaşdırma.
- GIT və digər versiya idarəetmə sistemlərində effektiv işləmək.
Xüsusi Tələblər:
- Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.).
- Azərbaycan dili və İngilis dili (texniki səviyyədə).
- Güclü alqoritm tərtib etmə bacarığı və məntiqi düşüncə.
- Java, PL/SQL, SQL və NoSQL ilə iş təcrübəsi.
- Spring framework, SOAP və REST veb servisləri ilə iş təcrübəsi.
- GIT üzrə biliklər və təcrübə.
- Minimum 5 illik iş təcrübəsi (bank sektorunda ən azı 3 il təcrübə mütləqdir).
Təklif Edilən Şərtlər:
- Əmək haqqı razılaşma əsasında.
- Peşəkar inkişaf və karyera imkanları.
- Dinamik və innovativ iş mühiti.
- Həftənin 5 günü (09:00–18:00 və ya 09:30-18:30) iş rejimi.
Əlavə Məlumat və Müraciət: Vakansiya haqqında daha ətraflı məlumat və müraciət üçün hr@turanbank.az ünvanına CV-nizi göndərə bilərsiniz.
What's Your Reaction?