Twins Travel vakansiya: Aviakassir axtarılır.

Bakı şəhərində Aviakassir vakansiyası. Twins Travel şirkətində Aviakassir olaraq çalışmaq imkanı. Potensiallı xanımlar üçün təcrübəsizliyə baxmayaraq kurslar və inkişaf imkanları. CV-lərinizi şəkillə göndərin.

Sep 17, 2024 - 13:36
Sep 17, 2024 - 13:38
 0
Twins Travel vakansiya: Aviakassir axtarılır.
Twins Travel vakansiya: Aviakassir axtarılır.

İş Təsviri:

  • Aviabiletlərlə bağlı daxil olan bütün sorğuları müştərini qane edəcək şəkildə, dəqiq və vaxtında icra etmək.
  • Hər bir sorğuya uyğun müştəri və şirkətin maraqlarını nəzərə alaraq ən uyğun variantı (qiymət və marşrut baxımından) təklif etmək.
  • Gündəlik satışlar üzrə hesabatların aparılması və müvafiq məlumat bazalarına dəqiq daxil edilməsi.
  • Vəzifə öhdəliklərini və rəhbərliyin tapşırıqlarını dəqiq və qüsursuz yerinə yetirmək.
  • İş qrafiki: I-V günlər, 10:00-dan 19:00-dək, şənbə qısa iş günü, bazar istirahət günü.

Namizədə Tələblər:

  • Xanım namizədlər.
  • Potensiallı, riyazi, coğrafi, dil biliklərinə malik lakin iş təcrübəsi olmayan şəxslər, şirkətimiz tərəfindən kurslara göndəriləcək və iş səviyyəsinə qaldırılacaq.
  • Amadeus sistemlərində işləmə bacarığı.
  • Yazı və kommunikasiya bacarıqları.
  • Vaxtın düzgün idarə edilməsi.
  • Təzyiq altında işləmə bacarığı.
  • Word, Excel, Outlook və elementar hesabat bilikləri.
  • Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarıqları, İngilis dili (arzu olunandır).
  • Riyazi və coğrafi biliklər.

Şəkilli CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Qeyd: Şəkilsiz CV-lərə baxılmayacaqdır.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow