Unibank vakansiya: Daxili Auditor.
Unibank Kommersiya Bankı Daxili Auditor vakansiyası üçün mütəxəssis axtarır. İllik audit planına uyğun layihələrin icrası, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin təhlili ilə məşğul olacaq birini axtarırıq.
Təsvir:
- İllik audit planına uyğun və ya plandankənar qaydada audit layihələrinin icrası.
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin təhlili, qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi.
- Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq.
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək.
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
- Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajı.
- Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması.
- Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması.
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır).
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı.
- Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı.
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı.
- Stressə davamlılıq.
- Analitik və kritik düşünmə bacarığı.
- Vətəndaş qüsursuzluğu.
Daxili Auditor vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.
What's Your Reaction?