Unibank vakansiya: Satışın təhlili və tədbirləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis.
Unibank Kommersiya Bankında "Satışın təhlili və tədbirləri üzrə Mütəxəssis" vəzifəsi üzrə müraciət edin. Kredit məhsullarının satışını artırmaq, müştəri seqmentlərini təhlil etmək və tədbirlər planları hazırlamaq üçün bacarıqlı bir mütəxəssis axtarılır.
Təsvir
- Birbaşa satış prosesini təşkil etmək, kredit məhsullarının satışını təmin etmək və idarə etmək;
- Bazarın təhlili - məhsullar barədə tələbi müəyyənləşdirmək və məhsul istiqamətləri üzrə satışları təhlil etmək;
- Müştəri seqmentlərini əhatə etmək üçün tədbirlər planını hazırlamaq;
- Kredit məhsullarının satışına dəstək planının hazırlanmasında iştirak etmək, plan icrasını təmin etmək;
- Satış üzrə hesabatları əldə etmək və araşdırmaq;
- İllik və cari əməliyyat planlarını müəyyənləşdirmək;
- Məhsul/xidmətlərin göstəriciləri haqqında operativ, keyfiyyətli və fasiləsiz informasiya mübadilələrini təmin etmək;
- Prosedurlarda göstərilmiş qaydalardan kənarlaşmaların aradan qaldırılmasını nəzərdə tutan tədbirləri həyata keçirmək;
- Kredit prosedurunun təkminləşdirilməsi baxımından təkliflər vermək;
- Filiallar tərəfindən yaranmış ehtiyacların ödənilməsi məqsədilə müraciətləri qəbul etmək və aidiyyatı üzrə yönləndirmək, həllinin reallaşdırlması baxımından tədbirlər görmək;
- Pərakəndə məhsullar ilə əlaqəli effektivliyə nəzarət və müvafiq hesabatların təşkili baxımından işləri həyata keçirmək, hesabatlar vermək;
- Rəqib bankların araşdırılması baxımından tədbirlər görmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr ali təhsili;
- Komputerdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı, SQL, Power BI, Python);
- Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
- Xarici dil üzrə (İngilis dili) “Intermediate” səviyyədə bilik;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq sahə üzrə pozisiyaya uyğun 6 aydan - 4 ilədək iş təcrübəsi.
Satışın təhlili və tədbirləri üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.
What's Your Reaction?