Unibank vakansiya: Əməliyyat auditi şöbəsinin Auditoru.
Unibank Kommersiya Bankında Əməliyyat Auditi şöbəsinin Auditoru vakansiyası. Müraciət etməklə audit yoxlamalarında iştirak edin, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsində rol oynayın.
Vəzifələrin Təsviri
Unibank Kommersiya Bankında Əməliyyat Auditi şöbəsinin Auditoru vəzifəsində aşağıdakı tapşırıqlar yerinə yetiriləcək:
- İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
- Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
- Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
- Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
- Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
- Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Əməliyyat sahəsində (korporat və ya multifunksional) ən azı 1 illik təcrübə;
- İqtisadi ali təhsil;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı (SQL biliyinin olması üstünlükdür);
- Analitik təhlil etmə bacarığının olması;
- Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
- Regionlara ezama getmək imkanının olması.
Vakansiya Haqqında
- Son tarix: Noyabr 16, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
https://jobs.glorri.az/vacancies/unibank/unibank-emeliyyat-auditi-sobesinin-auditoru-1998/apply müraciyət üçün link.
What's Your Reaction?