Unibank vakansiya: İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis.

Unibank Kommersiya Bankı İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis vəzifəsi üçün təcrübəli mütəxəssislər axtarır. Əgər şifrələmə, bulud təhlükəsizliyi, VmWare təhlükəsizliyi və XDR həlləri sahələrində təcrübəniz varsa, müraciət edin!

Nov 7, 2024 - 12:23
Nov 7, 2024 - 12:25
 0
Unibank vakansiya: İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis.
Unibank vakansiya: İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı mütəxəssis.

Vəzifələr:

  • Şifrələmə texnologiyalarının tətbiqi və idarə edilməsi (məsələn, Bitlocker).
  • İstifadəçi identifikasiyası və idarəetmə sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, yeni istifadəçilərin əlavə olunması, mövcud istifadəçilərin hüquqlarının yenilənməsi və ya ləğv edilməsi.
  • Bir dəfəlik şifrə texnologiyaları (OTP) ilə istifadəçi girişlərinin təhlükəsizliyini təmin etmək, iki faktorlu autentifikasiya sistemlərinin tətbiqi və dəstəklənməsi.
  • Microsoft Azure bulud infrastrukturunda təhlükəsizliyin təmin edilməsi və bulud əsaslı xidmətlərdə məlumatların qorunması üçün təhlükəsizlik tədbirlərinin tətbiqi və monitorinqi.
  • VmWare vCenter virtualizasiya platformasının təhlükəsizliyinin təmin edilməsi, virtual maşınların idarə olunması və mühafizəsi.
  • E-poçt təhlükəsizliyinin təmin olunması, şübhəli e-poçtların bloklanması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün tədbirlər görmək.
  • Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin (məsələn, ProofPointCisco ESA) idarə olunması.
  • XDR (Extended Detection and Response) həllərinin idarə olunması və tətbiqi, geniş şəbəkə və məlumat bazasında təhlükəsizlik insidentlərinin aşkarlanması və onlara cavab verilməsi.

Tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya Tətbiqi Riyaziyyat sahəsi üzrə təhsil üstünlük təşkil edir).
  • İnformasiya Texnologiyaları, Telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübə.
  • Məlumatların şifrələnməsi texnologiyaları üzrə biliklər.
  • IDM (Identity Management) – İstifadəçi identifikasiyası və idarəetmə sistemləri üzrə təcrübə.
  • Şifrələmə texnologiyalarıbirdəfəlik şifrə texnologiyaları üzrə biliklər.
  • Bulud təhlükəsizliyiAzure təhlükəsizlik xidmətləri üzrə təcrübə.
  • VirtualizasiyaVmWare təhlükəsizliyi üzrə təcrübə.
  • E-poçt təhlükəsizliyi sistemləri üzrə bilik və idarəetmə bacarığı.
  • XDR (Genişləndirilmiş aşkarlama və cavab həlləri) üzrə biliklər.

Əlavə Məlumat:

  • Şirkət: Unibank Kommersiya Bankı
  • İş yeri: 55 Rəşid Behbudov Küçəsi, Bakı, Azərbaycan
  • İş rejimi: Tam ştat
  • Son müraciət tarixi: 17 dekabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow