Paşa Bank vakansiya: Şuşa filialına Xəzinədar axtarılır.

Şuşa filialında Xəzinədar vəzifəsi üçün PASHA Bank tərəfindən elan edilən vakansiya. İqtisadiyyat sahəsində bakalavr təhsili və müvafiq iş təcrübəsi olan şəxslər müraciət edə bilər.

Sep 7, 2024 - 11:50
Sep 7, 2024 - 12:05
 0
Paşa Bank vakansiya: Şuşa filialına Xəzinədar axtarılır.
Paşa Bank vakansiya: Şuşa filialına Xəzinədar axtarılır.

İş Təsviri

Şuşa filialında Xəzinədar vəzifəsində çalışmaq sizdən müştəri xidmətlərini yüksək səviyyədə yerinə yetirməyinizi tələb edir. Bu vəzifədə müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi. Müştəri tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması, müştəri loyallığını qorumaq üçün müsbət münasibətlərin qurulması və saxlanılması.

İşinizdə, bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması, gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasını təmin etmək. Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə lazımi prosedurların icrası, icra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin etmək, saxtakarlıq əməliyyatlarının aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi.

Bundan əlavə, bank məhsullarının çarpaz satışını dəstəkləmək, müvafiq sənəd və hesabatların dəqiqliklə tamamlanması, əməliyyatlar üzrə sənədləşmə axınının və arxivləşdirilməsinin təmin edilməsi, bank məhsulları və xidmətləri haqqında məlumatlı olmaq və müştəri şikayətlərinin vaxtında aşkarlanması.

Tələblər

  • Təhsil: İqtisadiyyat və uyğun digər sahə üzrə bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 1-3 il
  • Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

Şuşa filialında Xəzinədar axtarılır vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow