Unibank vakansiya: Payroll üzrə təcrübəçi axtarılır.
Payroll üzrə təcrübəçi vakansiyası elan edildi! Unibank Kommersiya Bankında çalışmaq istəyənlər üçün əla fürsət. Ali təhsil, mühasibatlıq, iqtisadiyyat və maliyyə sahələrində bilikləriniz varsa, bu vakansiyaya müraciət edin.
Vəzifə öhdəlikləri:
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı əməliyyatların aparılması, haqq-hesab cədvəlinin tərtib edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi;
- Hamiləliyə və doğuma görə müavinətlərlə bağlı əməliyyatların Bankın proqram təminatında aparılması və müvafiq məlumatların dövlət orqanlarına təqdim edilməsi;
- Uşağın üç yaşınadək qulluq etmə müavinətləri ilə bağlı haqq-hesab cədvəlinin tərtib edilməsi və təqdim edilməsi;
- Sığortaolunanın ölümünə dair məlumatın hazırlanması və təqdim edilməsi;
- Həyatın Yaşam Sığortası layihəsi üzrə sığorta şirkətləri və bank əməkdaşları ilə əlaqələrin qurulması, müvafiq əməliyyatların tərtib edilməsi və sənədləşmələrin aparılması;
- Ölkədaxili və ölkəxarici ezamiyyələrə dair sənədlərin hazırlanması;
- 4-əmək №-li formanın aylıq hesabatının tərtib edilməsi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə təqdim edilməsi;
- 1-əmək №-li formanın illik hesabatının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
- "İcbari sığortalar haqqında" həftəlik və aylıq hesabatların hazırlanması və İcbari Sığorta Bürosuna təqdim edilməsi;
- Bankdaxili prosedurlara və qanunvericiliyə uyğun fəaliyyətin icrası;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibatlıq sahəsində);
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dilləri üstünlükdür;
- MS Excel və MS Word ilə işləmə bacarığı;
- Təhlil etmə bacarığı və işdə dəqiqlik;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Analitik düşüncə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmə bacarığı;
- Məsuliyyətli və detala diqqət edən namizədlər üstünlük təşkil edir;
- İlk iki həftə sınaq müddəti, sonra üç ay sınaq müddəti ilə işə qəbul planlanır.
Payroll üzrə təcrübəçi vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 27 oktyabr 2024 il.
What's Your Reaction?