Aztelekom vakansiya: Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi).

Aztelekom MMC Salyan şöbəsində Kommutasiya və Transmissiya Sektor Müdiri vakansiyası açılıb. Əgər siz kommutasiya və transmissiya sahəsində təcrübəlisinizsə və ali texniki təhsiliniz varsa, müraciət edin.

Sep 14, 2024 - 11:33
Sep 14, 2024 - 11:37
 0
Aztelekom vakansiya: Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi).
Aztelekom vakansiya: Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi).

Vəzifə Təsviri:

  • Yeni qaydaların, təlimatların, prosseslərin, prosedurların, daxili normativ aktların hazırlanmasında iştirak edir.
  • İstismarda olan stansiya, transmissiya və xətt qurğularına texniki xidmət göstərir; sıradan çıxmış və təmirə ehtiyacı olan avadanlıqların təmirini təmin edir; qorunma üçün müdafiə qurğularını quraşdırır.
  • Telekommunikasiya avadanlıqlarının yenilənməsinə və texniki istismara nəzarət edir.
  • Şöbədə texnoloji avadanlıqlarda çatışmazlıqların vaxtında müəyyən edilməsi və aradan qaldırılmasını təmin edir.
  • Mərkəzi Kommutasiya Sistemlərində qəza siqnallarının kateqoriyasına uyğun olaraq nasazlıqların aradan qaldırılmasına nəzarət edir.
  • Kommutasiya sistemlərinin işini analiz edir, statistik göstəricilərə nəzarət edir və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlayır.
  • Şöbənin digər struktur bölmələri ilə əlaqəni təmin edir, iş bölgüsünü həyata keçirir və fəaliyyətlə bağlı hesabatlar təqdim edir.

Tələblər:

  • Rabitə və informasiya texnologiyaları sahəsində ali texniki təhsil.
  • Kommutasiya və ya transport sistemlərinin istismarı sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Kommutasiya sistemlərinin montaj və blok sxemləri, avadanlıqların yoxlama və tənzimləmə metodları, elektrik normaları barədə məlumat.
  • Sənədlərin tərtib etmə bacarıqları.
  • Telekommunikasiya avadanlıqlarının işləmə prinsipləri və texnologiyaları ilə tanışlıq.
  • Avadanlıqların quruluşu, texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri barədə məlumat.
  • Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsi üzrə biliklər.
  • Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığı.
  • MS Office proqramlarını bilmək.

Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 19 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow