Unibank vakansiya: Senior Java Developer axtarılır.

Unibank Kommersiya Bankı Senior Java Developer vakansiyasını elan edir. 5 ildən çox proqramlaşdırma təcrübəsi olan, Java, Spring və Microservices üzrə biliklərə malik mühəndislər axtarılır. Müraciət üçün son tarix: 30 oktyabr 2024.

Oct 25, 2024 - 12:05
Oct 25, 2024 - 12:07
 0
Unibank vakansiya: Senior Java Developer axtarılır.
Unibank vakansiya: Senior Java Developer axtarılır.

İş Təsviri:

  • Arxitektura və dizayn qərarlarının verilməsi;
  • Code review prosesində iştirak edərək, komandanın yüksək keyfiyyətli kod təqdim etdiyinə əmin olmaq;
  • Davamlı öyrənmə və proqramlaşdırma biliklərini inkişaf etdirərək, digər mühəndislərə mentorluq etmək;
  • Məhsul sahibləri, dizaynerlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək, xüsusiyyətləri müəyyən etmək və prioritetləşdirmək;
  • Yüksək performanslı və təhlükəsiz Java backend xidmətlərinin inkişaf etdirilməsi;
  • Performans, genişlənmə və etibarlılıq üçün tətbiqi optimallaşdırmaq (Modernization);
  • Təhlükəsiz və ölçülə bilən sistemlər təqdim etmək;
  • Kəsinti zamanlarını öncədən təyin etmək;
  • Çarpaz funksiyalarla əməkdaşlıq edərək, mövcud problemləri texnologiyaya əsaslanan yanaşma ilə həll etmək;
  • Texniki problemlər və qərarlarla bağlı maraqlı tərəflərlə səmərəli ünsiyyət qurmaq;
  • Səhvsiz proqram təminatının çatdırılmasını təmin etmək üçün QA komandası ilə sıx əməkdaşlıq etmək;
  • Agile sessiyalarda iştirak etmək.

Tələblər:

  • Proqramlaşdırma sahəsində ən az 5 il iş təcrübəsi;
  • OOP prinsiplərini dərindən bilməli;
  • Java proqramlaşdırma dili üzrə dərin biliklər;
  • Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;
  • ORM (Hibernate) bilikləri;
  • GIT ilə işləmə bacarığı;
  • Microservice arxitekturası və REST API serverlər haqda biliklər;
  • Microservice design pattern-ların real tətbiqi ilə bağlı təcrübə;
  • NoSQL verilənlər bazası ilə iş təcrübəsi (MongoDB, Cassandra, Redis);
  • SQL verilənlər bazası (Oracle, PostgreSQL) bilikləri;
  • Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;
  • CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri;
  • Unit Testing, Mock serverlərlə iş təcrübəsi (Hoverfly);
  • Performans və inteqrasiya testləri üzrə biliklər;
  • Software və Sistem dizayn üzrə biliklər;
  • Clean code prinsiplərini bilməli;
  • Code review yanaşmalarının tətbiqi ilə bağlı təcrübə;
  • Axtarış platformalarında iş təcrübəsi arzuolunandır (Apache Solr);
  • Agile bilikləri arzuolunandır;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
  • Komanda ilə işləmə bacarığı.

Vakansiya Haqqında:

Son tarix: Oktyabr 30, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow