ATB Bank vakansiya: Naxçıvan filialında təcrübə proqramı.
ATB Bank Naxçıvan filialında 3 aylıq təcrübə proqramı. Real iş mühiti, peşəkar inkişaf və karyera qurmaq imkanı. Ali təhsil tələbələri və məzunları üçün ideal fürsət. Müraciət tarixi: 3 dekabr 2024.
Nə əldə edəcəksiniz?
- Real iş mühiti ilə tanışlıq: 3 ay davam edən proqram müddətində, bankın iş prinsipləri ilə yaxından tanış olacaqsınız.
- Peşəkar inkişaf: Uğurlu təcrübəçilər üçün ATB Bankda karyera qurmaq imkanı.
- Bankdaxili qayda və prosedurlar: Təcrübə keçəcəyiniz strukturun fəaliyyəti ilə bağlı biliklərinizi artıracaqsınız.
- Müştəri xidməti: Müştəriyönümlü yanaşma və satış strategiyaları ilə bağlı praktiki biliklər əldə edəcəksiniz.
Tələblər
- Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri və məzunları.
- Microsoft Office proqramlarında işləmək bacarığı.
- Müştəriyönümlü və satışyönümlü yanaşma.
- Yüksək səviyyədə ünsiyyət bacarıqları.
- Təcrübə qazanmağa və işləməyə həvəsli olmaq.
Müraciət
Təcrübə proqramı üçün müraciət tarixi Dekabr 3, 2024-dür. İlgililər oktyabr 24, 2024 tarixindən etibarən müraciət edə bilərlər.
What's Your Reaction?