U&R Company vakansiya: HR Manager axtarılır.
Vakansiya təsviri:
- Əmək qanunvericiliyi və müvafiq prosedurlar əsasında işçilərin işə qəbulu, müqavilələrinin bağlanması və xitam verilməsi;
- Kadr siyasətinin və İR strategiyasının təkmilləşdirilməsi;
- Davamiyyətin uçotunun təşkil edilməsi, sənədləşmə və aylıq tabellərin hazırlanması;
- Əmək haqqının hesablanması;
- 1C proqramı ilə məlumat bazası ilə işləmə və dəyişikliklərin daxil edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatı;
- Kadrların seçilməsi və ştat cədvəlinə uyğun yerləşdirilməsi;
- Məzuniyyətlərin uçota alınması;
- Məşğulluq sənədlərinin hazırlanması, vakansiya elanlarının yerləşdirilməsi və müsahibələrin keçirilməsi;
- Emas.sosial.gov.az saytında əməliyyatların icrası;
- Statistik hesabatların hazırlanması və bəyannamənin verilməsi;
- Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə qanunvericilik və Əmək Məcəlləsi bilikləri;
- MS Office (xüsusilə MS Excel) və 1C proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- Ünsiyyət qurma və danışıqlar aparma bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
HR Manager vakansiyası ilə maraqlananlar CV-lərini U&R Company-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.
What's Your Reaction?