Viplife MMC vakansiya: Topdan satış üzrə Mütəxəssis.
Viplife MMC Bakı şəhərində opdan satış üzrə mütəxəssis axtarır. Satış təcrübəsi olan, analitik düşüncə qabiliyyəti olan və şəxsi avtomobili olan namizədlər dəvət olunur. İş şəraiti, müştəri münasibətləri və satış planları haqqında ətraflı məlumat üçün elanımızı oxuyun.
İşin Təsviri
- Yeni topdan satış müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək.
- Müştərilərin tələbatını öyrənmək və şirkətin məhsulları haqqında ətraflı, doğru məlumat vermək.
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək, rut üzrə müştəriləri daimi ziyarət etmək.
- Məhsulların satış planının hazırlanması.
- Müştərilərin alış və ödəmə qabiliyyətlərinin təhlili.
- Bazardakı satış qiymətlərinin monitorinqi və rəqiblərin analiz edilməsi.
- Müştəri müqavilələri üzrə şərtlərin danışılması və icrasına nəzarət.
- Kommersiya fəaliyyətinə aid qiymət, bazar araşdırmaları, səfərlər və nağd pulun toplanması ilə bağlı hesabatların hazırlanması.
- Debitor borclar üzrə ödənişlərin təqibi, gecikən ödənişlər üzrə müştərilərlə danışıqlar aparmaq.
- Aylıq, rüblük və illik hesabatların təqdim edilməsi.
Tələblər
- Satış nümayəndəsi olaraq ən az 3 il iş təcrübəsi (qab-qacaq, mətbəx əşyaları üzrə təcrübəsi olanlara üstünlük veriləcək).
- Şəxsi avtomobilin olması mütləqdir.
- MS Office proqramlarının biliyi (Word, Excel).
- Analitik düşüncə qabiliyyəti və məlumatlar əsasında qərarlar vermək bacarığı.
- Yüksək ünsiyyət bacarıqları və müştərilərlə münasibət qurmaq bacarığı.
İş şərtləri:
- İş günü: həftənin 6 iş günü.
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə əsasında maaş müəyyən olunur (fix + %).
Uyğun namizədlərin CV-lərini vakansiyanın adını qeyd etməklə jj@viplife.az email ünvanına göndərmələri xahiş olunur.
What's Your Reaction?