"Siyəzən-Broyler” vakansiya: Helpdesk mütəxəssisi.
Şabran şəhərində "Siyəzən-Broyler" ASC üçün Helpdesk mütəxəssisi axtarılır. Əmək haqqı 700 AZN, İT dəstəyi və texniki xidmət sahəsində 2+ illik təcrübə tələb olunur.
İş barədə məlumat:
Helpdesk mütəxəssisi olaraq, ofis və filiallarda şirkət işçilərinə İT dəstəyi göstərmək və aşağıdakı vəzifələri yerinə yetirmək tələb olunur:
- İT avadanlıqlarının quraşdırılması, dəstəklənməsi və nasazlıqların aradan qaldırılması.
- Windows əməliyyat sisteminin və proqramların administrator səviyyəsində xidmət göstərilməsi.
- Kompyuterlərin və periferik qurğuların quraşdırılması və texniki xidmətin göstərilməsi.
- Şəbəkə və simsiz avadanlıqların (Modem, Switch, Router, Access Control) quraşdırılması və texniki xidmətin göstərilməsi.
- Tapşırıqları vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
- Azərbaycanın regionlarına ezamiyyət.
- Düzgün kabel çəkmə bacarığı.
İş şəraiti:
- İş saatları: Bazar ertəsi-Cümə: 09:00-dan 18:00-dək.
- Əmək haqqı: 700 AZN gross.
- İş yeri: Şabran ərazisi.
Namizədə tələblər:
- HelpDesk və ya İT dəstəyi sahəsində 2+ illik təcrübə.
- Rus dili biliyi.
- Texniki problemlərin diaqnostikası və həlli bacarığı.
- Optimal həllər və innovasiyaları tətbiq etmək bacarığı.
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları.
- Tapşırıqları effektiv şəkildə prioritetləşdirmək və idarə etmək bacarığı.
- Məsuliyyət və təşəbbüskarlıq.
- Əməliyyat və komandada işləmək bacarığı.
- Təhsil və ya sertifikatların olması üstünlükdür.
- Şəxsi avtomobilin olması üstünlükdür (Əmək haqqına yenidən baxılacaq).
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “HELPDESK” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Son müraciyət tarixi 11 oktyabr 2024 il.
What's Your Reaction?