Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi.

Xalq Bank İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin İdarə Edilməsi şöbəsi üçün Şəbəkə İdarəetmə Mütəxəssisi (Cisco) axtarır. Şəbəkə avadanlıqlarının monitorinqi, problemlərin analizi və aradan qaldırılması, şəbəkə təhlükəsizliyi və konfiqurasiya backup-ları ilə bağlı geniş biliklərə sahib mütəxəssislər müraciət edə bilərlər.

Sep 12, 2024 - 13:19
Sep 12, 2024 - 13:22
 0
Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi.

Təsvir:

  • Şəbəkə avadanlıqlarının müntəzəm monitorinqi və problemlərin tez bir zamanda analizi.
  • Şəbəkə dayanıqlığını təmin etmək və zəruri tədbirləri həyata keçirmək.
  • Şəbəkə dəyişikliklərinin və problemlərinin qeydiyyatını aparmaq.
  • Şəbəkə avadanlıqlarının OS-lərinin ən son versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması.
  • Şəbəkə konfiqurasiyalarının müntəzəm olaraq backup-larını almaq.
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin müəyyən edilməsi.
  • 24/7 mövcudluğu təmin etmək.
  • Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirmək.
  • İT sahəsində qabaqcıl texnologiyaların tətbiqi və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq.

Tələblər:

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi.
  • İnformasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil.
  • CCNA, CCNP Routing and Switching sertifikatlarına sahib olmaq arzuolunandır.
  • Cisco istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
  • LAN, WAN və WLAN şəbəkələrinin dizaynı, quraşdırılması və idarəedilməsi bacarığı.
  • Şəbəkə avadanlıqlarının təhlükəsizlik qaydalarına uyğun idarə edilməsi.
  • Şəbəkə texnologiyaları və protokolları ilə işləmək bacarığı (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless və s.).
  • Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP).
  • İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və problemlərin aradan qaldırılması.
  • VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN).
  • Təhlükəsiz şəbəkə girişinin idarə edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS protokolları ilə işləmək bacarığı.
  • L2-L3 şəbəkə təhlükəsizliyi təminatı (PortSecurity, ARP İnspection, DHCP Snooping və s.).
  • İngilis və rus dillərində texniki məsələlərlə bağlı mətnlərin başa düşülməsi və fikri bildirmək bacarığı.

İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 10 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow