Xalq Bank vakansiya: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi.
Xalq Bank, Maliyyə İdarəsinin Büdcə Planlaşdırılması və Xərclərə Nəzarət Şöbəsinə mütəxəssis axtarır. Büdcə layihələrinin hazırlanması, xərclərə nəzarət və maliyyə hesabatlılığı sahəsində təcrübəsi olan şəxslər müraciət edə bilər. Detallı tələblər və vəzifələr üçün elanımıza baxın!
Təsvir
Mütəxəssis aşağıdakı vəzifələri icra edəcək:
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi kimi fəaliyyət göstərmək.
- Struktur bölmələrdən alınan büdcə məlumatlarını dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək.
- Bank üzrə ümumi xərclərə nəzarət etmək və rəhbərlik üçün hesabatlar hazırlamaq.
- Xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək.
- Büdcə performansı hesabatlarını hazırlayaraq fərqləri və əsas tendensiyaları vurğulamaq.
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək.
- İşgüzar mühitdə mühüm dəyişikliklər olduqda büdcə modelini yeniləmək.
Tələblər
- Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır).
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə.
- Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlil sahəsində biliklər.
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı.
- MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür).
- Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri arzuolunandır).
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
- Bank təcrübəsi, maliyyə (məsələn, ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.
Vakansiya haqqında
Son tarix: Noyabr 27, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?