Xalq Bank vakansiya: Rəqəmsal Bankçılıq İdarəsinin Müştəriyə dəstək şöbəsinin mütəxəssisi (Məhsul dizayneri UX/Uİ).
Xalq Bank, Rəqəmsal Bankçılıq İdarəsində Müştəriyə Dəstək Şöbəsi üçün Məhsul Dizayneri (UX/UI) axtarır. Ali magistr təhsili olan, rəqəmsal tətbiqlərin dizaynında 1 il təcrübəyə malik mütəxəssislər üçün bu vacib iş imkanıdır.
Vəzifələr:
- Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna və korporativ brandbook-a uyğun dizaynların yaradılması;
- Konsepsiyaların, görüntü planlarının və modellərin hazırlanması;
- Məhsulun xüsusiyyətinə uyğun prototiplərin hazırlanması;
- İstifadəyə yararlılıq testlərinin tərtib edilməsi, yoxlamaların aparılması və sınaqlarda iştirak edilməsi;
- İstifadəçi səyahəti xəritələrinin yaradılması və mövcud xəritələrdə boşluqların tədqiqatı;
- İstifadəçi davranışlarının təhlili, rəylərin toplanılması və məmnuniyyət səviyyəsinin ölçülməsi alətlərinin və üsullarının araşdırılması;
- Daxili və xarici komandalarla çarpaz iş mühitində əməkdaşlıq;
- Komponentlərin və istifadəçi interfeyslərin yaradılmasında dizayn kitabxanaları ilə işləmək.
Tələblər:
- Ali magistr təhsili;
- Rəqəmsal tətbiqlərin UX/UI dizayneri kimi minimum 1 il təcrübə;
- Bank sahəsində təcrübə arzuolunandır;
- Rəqəmsal maliyyə texnologiyaları barədə bilik;
- Müasir dizayn trendləri haqqında bilik;
- Dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Figma və FigJam alətləri ilə yüksək səviyyədə bilik və təcrübə.
Rəqəmsal Bankçılıq İdarəsinin Müştəriyə dəstək şöbəsinin mütəxəssisi (Məhsul dizayneri UX/Uİ) vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 oktyabr 2024 il.
What's Your Reaction?