Mətanət A Şirkətlər Qrupu vakansiya: Direktor assistenti axtarılır.

Mətanət A Şirkətlər Qrupu, direktor assistenti vəzifəsi üçün müraciət qəbul edir. İş təcrübəsi 3-4 il olan, ali təhsilli və yüksək ünsiyyət bacarığına malik şəxslər üçün mükəmməl bir fürsət.

Sep 24, 2024 - 13:52
Sep 24, 2024 - 13:57
 0
Mətanət A Şirkətlər Qrupu vakansiya: Direktor assistenti axtarılır.
Mətanət A Şirkətlər Qrupu vakansiya: Direktor assistenti axtarılır.

Təsvir

Direktor assistenti aşağıdakı vəzifələri yerinə yetirəcək:

  • Zəruri sənədlərin hazırlanmasını həyata keçirir.
  • İcra dərkənarı yazılmış sənədləri nəzərdən keçirir, onların yerinə yetirilməsi üçün əməkdaşlara təqdim edir və icra nəticəsi barədə rəhbərliyə məlumat verir.
  • Kargüzarlıqda istifadəsində olan möhür və ştampları yalnız təyinatı üzrə istifadə edir, sənədləri aidiyyəti üzrə rəsmiləşdirir.
  • Rəhbərliyə imzalanması üçün təqdim edilən sənədlərin hazırlanma keyfiyyətini, düzgün tərtibi, razılaşdırılması və təsdiqinə nəzarət edir.
  • Struktur bölmələrdən daxil olan daxili yazışmaları və sənədləri qəbul edərkən onların doğru hazırlanmasına ciddi nəzarət edir.
  • Hər il arxivdə saxlanılması üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirir.
  • Müəssisənin fəaliyyəti, kadrlara dair məlumatları, rəhbərliyin əmr və göstərişlərini müəyyən olunmuş qaydada şəxsi heyətin nəzərinə çatdırır.
  • Hər ay rəhbərliyin göstərişinə əsasən struktur bölmələrdən aylıq plan və hesabatları toplayıb rəhbərliyə təqdim edir.
  • Toplantıları təşkil edir, toplantı ilə bağlı şəxsi heyəti məlumatlandırır, toplantıları protokollaşdırır və protokolların nüsxələrini aidiyyəti şöbələrə paylayır.

Tələblər

  • Ali təhsil (Menecment, layihələrin idarə edilməsi üzrə olması arzuolunandır).
  • İş təcrübəsi: 3-4 il.
  • Dil bilikləri: Azərbaycan, digər xarici dillər üstünlükdür.
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər.
  • Normativ hüquqi aktlar, qaydalar, təlimatlar və digər sənədlərin tərtibatı üzrə biliklər.
  • İşə planlı yanaşmaq bacarığı.
  • Yüksək ünsiyyət bacarığı.
  • Səliqəli, təşkilatçı, operativ çalışan, bacarıqlı.

İş şəraiti

  • İş saatı: 09:00-18:00.
  • İstirahət: Şənbə və bazar günü.
  • İş yeri: Luxen Plaza (Xətai pr 34, Təhsil Nazirliyi ilə üzbəüz).

Direktor assistenti  vakansiyası ilə maraqlananlar CV-lərini Mətanət A Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 2 noyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow