Xalq Bank vakansiya: “Zaqatala” filialının kassiri axtarılır.
Xalq Bank Zaqatala filialında kassir vəzifəsi üçün vakansiya elan edir. Maliyyə, iqtisadiyyat və idarəetmə sahələrində təhsil almış, analitik zəkaya və müştəri xidmətləri bacarığına malik şəxslər müraciət edə bilərlər.
Təsvir:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması.
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması.
- Nağd vəsaitlərin çeşidlənməsi.
- Bankomatların yüklənilməsi və boşaldılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi).
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır.
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq.
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti.
- Riyazi hesablama aparmaq qabiliyyəti.
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
- Kompüter bilikləri.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 5, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
“Zaqatala” filialının kassiri vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 5 oktyabr 2024 il.
What's Your Reaction?