Kontakt Home vakansiya: Sumqayıt fillialına Kassir axtarılır.
Sumqayıtda Kassir Vakansiyası - Kontakt Home müştəri ödənişləri, nağd pul vəsaitləri və kassa əməliyyatlarında təcrübəli kassir axtarır. Ali təhsil, müasir kassa aparatları və Microsoft Office bilikləri tələb olunur.
Təsvir:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək.
- Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi.
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi.
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması.
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanması və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi.
- Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil.
- Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır.
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı.
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli.
- Microsoft Office proqramları üzrə biliklərə malik olmalı.
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son tarix: Oktyabr 16, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
Sumqayıt fillialına Kassir vakansiyası ilə maraqlananlar CV-lərini Kontakt Home göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.
What's Your Reaction?