XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi vakansiya: Şahmat müəllimi (Dərnək).

Yarım ştat şahmat müəllimi vakansiyası! XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində çalışmaq üçün şans. Bakalavr dərəcəsi, müasir pedaqoji yanaşmalar və şagird mərkəzli tədris bacarıqları tələb olunur. Şagirdlərin inkişafını izləmək və təşkil olunan tədbirlərdə iştirakını təmin etmək istəyirsinizsə, müraciət edin!

Oct 29, 2024 - 14:06
Oct 29, 2024 - 14:08
 0
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi vakansiya: Şahmat müəllimi (Dərnək).
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi vakansiya: Şahmat müəllimi (Dərnək).

Vəzifələr:

  • Dərsin məzmununu, öyrətmə üsullarını və istifadə olunacaq resursları müəyyənləşdirmək;
  • Şagirdlərin inkişafını, ehtiyaclarını və istiqamətlərini təyin etmək;
  • Dərsdənkənar inkişaf fəaliyyətlərini təşkil etmək;
  • Şagirdlərin ümumi irəliləyişlərini izləmək;
  • İstedadlı şagirdləri üzə çıxarmağa kömək etmək;
  • Şagirdlərlə fərdi iş aparmaq;
  • Olimpiada, yarış, sərgi və digər tədbirlərdə iştirakın təmin edilməsi.

Tələblər:

  • Təhsil səviyyəsi: Bakalavr dərəcəsi.
  • Biliklər:
    • Sinfin effektiv idarə olunması;
    • Şagird davranışının idarə olunması ilə bağlı nəzəri-praktiki təcrübə;
    • Şagird mərkəzli müasir pedaqoji yanaşmalar;
    • İKT, MS Office və müasir təlim texnologiyaları;
    • Azərbaycan dili (C2), Rus dili (A2-B1) və İngilis dili (A2-B1).

Səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Məntiqi təfəkkür;
  • Planlaşdırma və təşkil etmə.

Bacarıqlar:

  • Uşaqlarla səmərəli ünsiyyət qurma;
  • Zamanın səmərəli idarə olunması;
  • 3-6 yaş qrupları ilə ünsiyyət bacarığı;
  • Şagird ehtiyaclarını müəyyənləşdirmək və fərdiləşdirmək;
  • Effektiv dərs planlaşdırma;
  • Refleksiya aparma bacarığı.

Son müraciət tarixi: 9 noyabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow