Yelobank vakansiya: Auditor/Aparıcı Auditor.

Yelo Bank ASC Auditor/Aparıcı Auditor vakansiyası ilə əlaqədar müraciətləri qəbul edir. Əgər bank sahəsində təcrübəyə sahibsinizsə və daxili audit sahəsində çalışmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. Müraciət üçün son tarix: 4 yanvar 2025.

Nov 26, 2024 - 11:37
Nov 26, 2024 - 11:39
 0
Yelobank vakansiya: Auditor/Aparıcı Auditor.
Yelobank vakansiya: Auditor/Aparıcı Auditor.

Vakansiya Haqqında:

İş Yeri:
Yelo Bank ASC, 81k Həsən bəy Zərdabi, Bakı 1012, Azərbaycan

İş Şəraiti:
Tam ştat

Vəzifə Təsviri:

  • Mövcud proseslərin qanunvericilik və bank daxili qaydalar əsasında təhlili və qeydiyyatının aparılması;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşmaların müəyyən edilməsi və onların səbəblərinin araşdırılması;
  • Müvafiq proseslər üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Müvafiq proseslər üzrə tətbiq olunmuş nəzarət tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
  • DAX (Daxili Audit) fəaliyyətinin qaydalara uyğun olaraq audit fəaliyyətinin həyata keçirilməsi;
  • DAX əməkdaşları və zəruri olduqda Bankın digər əməkdaşları üçün müvafiq mövzularda təlimlərin həyata keçirilməsi;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi;
  • DAX Əsasnaməsindən irəli gələn vəzifələrə zidd olmadan DAX rəhbərinin həvalə etdiyi digər işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Bank sahəsində minimum 2 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti olmalı, riyazi və məntiqi təfəkkürə malik olmalı;
  • Müvafiq istiqamət üzrə Azərbaycan Respublikasının qanunlarını və bank daxili normativ sənədləri bilməli;
  • MS Office proqramlarında və digər tələb olunan proqramlarda işləmə bacarığı olmalı;
  • Komanda ilə işləmə bacarığı;
  • Ünsiyyət bacarığı olmalı;
  • Məsuliyyətlilik və özünütənqid qabiliyyəti olmalı;
  • Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İş Sahələri üzrə Təcrübə:

  • SME və Mikro kreditləşmə;
  • Risklərin idarə edilməsi və daxili nəzarət;
  • Data analitika.

Vakansiya Tarixi:

  • Son müraciət tarixi: 4 yanvar 2025

Elektron poçtunuzun “mövzu” yerinə “Auditor/Aparıcı Auditor” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 4 yanvar 2025 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow