Yelobank vakansiya: Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Şamaxı filialı).
Yelo Bank ASC, Şamaxı filialında fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis vəzifəsinə işçi axtarır. İstehlak kreditləri, müştəri xidməti və bank məhsulları haqqında məlumat vermək bacarığına malik namizədlərin müraciət etməsi gözlənilir.
Təsvir
- Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi və bank məhsulları, tariflər haqqında məlumat verilməsi.
- İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və müvafiq mütəxəssis məsləhətlərinin verilməsi.
- Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi.
- İstehlak krediti portfelinin daimi monitorinq edilməsi.
- İstehlak kreditləri üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması.
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi.
Tələblər
- Ali təhsil.
- Bank sahəsində minimum 6 ay iş təcrübəsi.
- Ünsiyyət qurmaq və satış bacarığı.
- Riyazi biliklər.
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar.
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı.
- Yığım sığortasına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Elektron poçtunuzun “mövzu” yerinə “Fiziki şəxslərə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Şamaxı filialı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 5 noyabr 2024 il.
What's Your Reaction?