Xalq Bank vakansiya: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi.

Xalq Bank, Maliyyə İdarəsinin Büdcə Planlaşdırılması və Xərclərə Nəzarət Şöbəsində mütəxəssis vakansiyası üçün müraciət qəbul edir. Maliyyə və iqtisad sahəsində ali təhsili olan, büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə təcrübəyə malik şəxslər axtarılır.

Sep 27, 2024 - 12:55
Sep 27, 2024 - 12:58
 0
Xalq Bank vakansiya: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi.

Təsvir

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi, icmallaşdırılması və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;
  • Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
  • Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
  • Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq;
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

Tələblər

  • Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır);
  • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
  • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
  • Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi, maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır.

Vakansiya Haqqında

  • Son tarix: Oktyabr 25, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 25 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow