Yelobank vakansiya: Hüquq departamenti, Kiçik hüquqşünas/ Hüquqşünas.
Yelo Bank ASC hüquq departamentinə kiçik hüquqşünas, hüquqşünas və aparıcı hüquqşünas vəzifələri üçün işçi axtarır. Əgər siz hüquq sahəsində karyera qurmaq istəyirsinizsə, müraciət edin!
Vəzifələr:
- Bankın fəaliyyətinə dair öhdəlik, təminat, təsərrüfat və digər müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi.
- Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası.
- Üçüncü şəxslərdən daxil olmuş müraciətlərin cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi.
- Bankın filial, şöbə və nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi prosesində hüquqi dəstək.
- Bankdaxili tənzimləyici sənədlərin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması.
- Əmək qanunvericiliyinin tətbiqi prosesində hüquqi dəstək.
- Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması.
- Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədinin alınması prosesinə hüquqi dəstək.
- Bank fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması.
- Əqli mülkiyyət hüquqlarının qeydiyyatı və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi.
Tələblər:
- Ali hüquq təhsili.
- Müraciət edilən vakansiyadan asılı olaraq minimum 1 il iş təcrübəsi (maliyyə bazarlarında iş təcrübəsi olanlara üstünlük veriləcək).
- Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər.
- Kompüterdə işləmək bacarığı.
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük veriləcək).
Müraciət
Son müraciət tarixi: Dekabr 2, 2024.
Elektron poçtunuzun “mövzu” yerinə “Hüquq departamenti, Kiçik hüquqşünas/ Hüquqşünas” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 2 dekabr 2024 il.
What's Your Reaction?