Yelobank vakansiya: Kiber təhlükəsiliyi xidmətləri şöbəsinin Baş mütəxəssisi.
Bakı şəhərində Kiber Təhlükəsiliyi Xidmətləri Şöbəsinin Baş Mütəxəssisi vakansiyası açıqdır. Şəbəkə protokolları, firewall, IPSEC, VPN üzrə biliklərə malik olan, analitik yanaşma və komandada işləmə bacarığı olan mütəxəssislər üçün geniş imkanlar təqdim edilir.
Vəzifə Öhdəlikləri:
- Şəbəkə protokolları və texnologiyaları (TCP/IP, OSPF, BGP, VLAN, VPN və s.) üzrə dərindən bilik tələb olunur. CCNP sertifikatı səviyyəsində.
- Şəbəkə avadanlıqları (yönləndiricilər, firewall və s.) ilə iş təcrübəsi.
- Firewall, IPSEC, Remote Access VPN dərin təcrübə.
- Firewall, WAF və digər təhlükəsizlik qurğularının quraşdırılması və tənzimlənməsi.
- Təhlükəsizlik siyasətlərinin işlənib hazırlanması və tətbiqi.
- Trafikin filtrasiya qaydalarının konfiqurasiyası.
- Şəbəkənin seqmentasiyası və şəbəkənin müxtəlif hissələrinə girişin idarə olunması.
- Trafikin monitorinqi və analizi, şübhəli fəaliyyətlərin aşkar edilməsi.
- Mümkün kiber insidentlər barədə xəbərdarlıq və bildiriş sistemlərinin qurulması.
- Təhlükəsizlik avadanlıqlarının proqram təminatının və firmware-nin yenilənməsi.
- Zərərli trafikin dərhal bloklanması və insidentlərin araşdırılması.
- Şəbəkənin normal fəaliyyətinin bərpası, digər İT mütəxəssisləri ilə təhlükəsizlik həllərinin inteqrasiyası.
Tələblər:
- Ali təhsil.
- Bank sektorunda müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
- Problemlərin həllində analitik və sistematik yanaşma.
- Kommunikasiya və komandada işləmək bacarığı.
- Təşəbbüskarlıq, yeniliklərə açıq olmaq.
- Dəqiqlik və detallara fikir vermə bacarığı.
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır.
- NGFW, IPSEC, RA VPN, App security basics, WAF üzrə biliklər.
Biz Sizə Təklif Edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar.
- Tibbi sığorta proqramına qoşulma.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İnterestiniz varsa, elektron poçtunuzun “mövzu” yerinə “Kiber təhlükəsizlik” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
What's Your Reaction?