Yelobank vakansiya: Müştəri məsləhətçisi (Bakı).
Yelo Bank Bakı şəhərində Müştəri Məsləhətçisi vakansiyası təklif edir. Bank işçisi olmaq və müştəri xidmətləri sahəsində təcrübə qazanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!
Əsas Vəzifələr:
- Müştəriləri qarşılamaq, salamlayaraq istiqamətləndirmək.
- Bankın bütün məhsulları və xidmətləri barədə müştərilərə ətraflı məlumat vermək.
- Müştərilərin banka gəliş məqsədini müəyyənləşdirərək, onların suallarına cavab vermək və xidmət seçimlərində kömək etmək.
- Müştəri problemlərini dinləyərək, onları həll etməyə çalışmaq; lazım olduqda, məsələləri digər departamentlərə yönləndirmək.
- Müştəri şikayətlərini qəbul edib, bankın "Müştərilərin şikayət, təklif və sorğuları ilə iş" proseduruna uyğun olaraq həll etmək.
- Özünəxidmət (ATM, Cash-in və s.) avadanlıqlarından istifadəni müştərilərə izah etmək və lazım gəldikdə onları istiqamətləndirmək.
- Filialda müştəri xidmətlərinin düzgün şəkildə təmin olunmasına nəzarət etmək, səliqə və təmizlik qaydalarına riayət etmək.
- Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına uyğun işləmək.
Tələblər:
- Ali təhsil.
- Bank sahəsində minimum 1 illik iş təcrübəsi.
- Güclü ünsiyyət bacarığı və satış qabiliyyəti.
- Riyazi biliklər və analitik düşünmə bacarığı.
- Komandada işləmə bacarığı və əməkdaşlarla effektiv əlaqə qurma qabiliyyəti.
İş Mühiti:
- Vəzifə növü: Tam ştat.
- İş yeri: Yelo Bank, Nərimanov filialı, Bakı.
- Son müraciət tarixi: 19 noyabr, 2024.
Elektron poçtunuzun “mövzu” yerinə “Müştəri məsləhətçisi (Bakı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il.
What's Your Reaction?