Yelobank vakansiya: Retail Tribe, Məhsul sahibi (qeyri-kredit məhsulları).
Yelo Bank ASC, Bakı şəhərində qeyri-kredit məhsulları üzrə Məhsul sahibi axtarır. İdarəetmə, müştəri təcrübəsi, kross-funksional komanda və marketinq sahəsində təcrübənizi istifadə edərək bankın məhsul strategiyasını formalaşdırmağa dəvət edirik.
Vəzifələr
- Bankın strategiyasına uyğun məhsul yaratmaq və inkişaf etdirmək.
- Bazarı araşdırmaq və pərakəndə müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, müştərilərlə görüşlər aparmaq.
- Məhsulun yaradılması üzrə xərc və gəlirlərin hesablanması və təhlilini aparmaq.
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq.
- Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək.
- Məhsulun yaradılması üzrə kross-funksional komandanı yönəltmək.
- Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq.
- Yeni məhsul ideyalarını qiymətləndirmək və bazara çıxarılması strategiyasını hazırlamaq.
- Məhsul boşluqlarını müəyyənləşdirmək və aradan qaldırmaq.
- Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.
- Beynalxalq partnerlar ilə layihələrin aparılması.
- Mobile App-da müştəri səyahətinin rahatlığını təmin etmək.
- Biznes proseslərin təhlili və yenidən qurulması.
Tələblər
- İngilis dilini bilmək (beynalxalq tərəfdaşlarla layihələrin aparılması üçün).
- Bank işi, qeyri-kredit pərakəndə məhsulları üzrə ən azı 1 il təcrübə.
- Azərbaycan və Rus dilini mükəmməl bilmək.
- Agile metodologiyası üzrə biliklər arzuolunandır.
- MS Office proqramları (əsasən Excel və PowerPoint) üzrə yüksək səviyyədə biliklər.
- PPO, PSPO, ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür.
- Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı.
- Strateji və yüksək analitik düşüncə.
- Planlaşdırma bacarıqları.
- Çərçivələrdən kənar düşünmə bacarığı.
- Çətinliklərin öhdəsindən gəlmə bacarığı.
- Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları.
- “Design thinking” metodologiyası üzrə biliklər arzuolunandır.
Müraciət üçün son tarix: Noyabr 19, 2024
Elektron poçtunuzun “mövzu” yerinə “Retail Tribe, Məhsul sahibi (qeyri-kredit məhsulları)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il.
What's Your Reaction?