Unibank vakansiya: Biznes kartları üzrə Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis/ Baş mütəxəssis.

Unibank Kommersiya Bankı biznes kartları üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vakansiyaları üçün işçi axtarır. Əgər siz müasir bank kartları bazarını izləyərək məhsul tələblərini yerinə yetirə bilən mütəxəssis olunmaq istəyirsinizsə, müraciət edin!

Sep 5, 2024 - 12:43
Sep 5, 2024 - 12:47
 0
Unibank vakansiya: Biznes kartları üzrə Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis/ Baş mütəxəssis.
Unibank vakansiya: Biznes kartları üzrə Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis/ Baş mütəxəssis.

Şirkət: Unibank Kommersiya Bankı
Ünvan: 55 Rashid Behbudov St, Bakı, Azərbaycan
Vəzifə: Tam ştat


Vəzifə Təsviri

Biznes kartları üzrə mütəxəssis olmaq istəyirsinizsə, Unibank Kommersiya Bankı sizə əla imkan təqdim edir. Biznes kartları sahəsində, aşağıdakı vəzifələri yerinə yetirəcək bir şəxs axtarılır:

  • İstifadəçilərin (biznesin) ehtiyaclarını anlamaq və onları məhsul tələblərinə çevirmək;
  • Bank kartları üzrə bazar araşdırması aparmaq, rəqabətə davamlı şərtlər təklif etmək;
  • Bank kartları bazarında müasir tendensiyaları izləmək, məhsulun inkişafı yönündə işlər görmək;
  • Dəyişən tələblərə əsaslanaraq, məhsul ehtiyatlarını idarə etmək və prioritetləşdirmək;
  • Məhsulun yaradılmasında, inkişafında və biznes göstəricilərinə nəzarətində birbaşa iştirak etmək;
  • Prosesin hər bir mərhələsində məhsulun inkişafının monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;
  • Müvafiq istiqamət üzrə əsasnamələrin, tariflərin və təlimatların mütəmadi monitorinqi və yenilənməsini həyata keçirmək;
  • Məhsulun gəlirliyini və effektivliyini əks etdirən hesabatlar hazırlamaq və təkminləşdirmək.

Tələblər

  • Azərbaycan və rus dillərində şifahi, yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);
  • Məhsul tələblərinin hazırlanması və inkişafı üçün zəruri texnoloji biliklər;
  • Effektiv prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək və konstruktiv ünsiyyət bacarığı;
  • Güclü analitik təhlil bacarığı;
  • Şifahi, yazılı ünsiyyət və təqdimat bacarığı;
  • Hesabat tərtibatı və sistematik düşünmə qabiliyyəti;
  • Bank kartları üzrə biliklərə sahib olmaq.

Biznes kartları üzrə Kiçik mütəxəssis / Mütəxəssis /Aparıcı mütəxəssis/ Baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 6 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow