ABB Bank vakansiya: Əməliyyatlara xarici nəzarət şöbəsinin mütəxəssisi.
Əməliyyatlara xarici nəzarət şöbəsi üçün mütəxəssis axtarılır! Distant nəzarət, yoxlama nəticələrinin rəsmiləşdirilməsi və riskli hallara nəzarət kimi vəzifələr yerinə yetiriləcək. Ali təhsil, analitik bacarıqlar və bank təcrübəsi tələb olunur.
İşin Təsviri:
- Bankın müxtəlif istiqamətlərində aparılan əməliyyatlara, riskli hallara, bankdaxili prosedurların və qanunvericiliyin pozulması hallarına distant nəzarət edəcəksiniz.
- Mövcud daxili müşahidə sistemləri vasitəsilə bankda aparılan əməliyyatlara distant yoxlamaların həyata keçirilməsi.
- Aparılmış yoxlama nəticələrinin rəsmiləşdirilməsi, aşkarlanmış çatışmazlıqlara dair tövsiyə və rəyin bildirilməsi, kənarlaşmaların və pozuntuların aradan qaldırılmasına nəzarət edilməsi.
Bizim Üçün Uyğun Namizəd:
- Ali təhsilli (maliyyə və iqtisadi sahədə).
- İnduktiv və analitik təhlil etməyi bacaran.
- MS Office (əsasən Excel), SQL proqramlarında yüksək səviyyədə iş bacarığı olan.
- Bankda minimum 3-5 il iş təcrübəsi olan.
- Flexcube, BI, BPM və Telescope üzrə bilikləri olan.
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə sahib olan şəxs.
What's Your Reaction?